ŞOK! Xəstənin əlini kəsib ayağına tikdilər - FOTOLAR

ŞOK! Xəstənin əlini kəsib ayağına tikdilər - FOTOLAR

Çinin Changsha vilayətində qəribə olay yaşanıb.

Fabrik işçisi Zhounun sol qolu aparatda kəsilib.

Xəstəxanaya çatdırılan Zhou əməliyyata alınıb. Həkim Tang Juyu zədələnən sol qolu əməliyyat etmək üçün qəribə üsula əl qatıb. Zədələnən qolun sağalması üçün müayinə müddəti uzun zaman alacağından kəsilən əl fəaliyyətini itirmək riski daşıyırdı. 10 saat ərzində kəsilən qol hər hansı bir orqana tikilməli idi. Çox qan itirən və zədələnən sol qol əməliyyat edilərək biləkdən kəsilib və sağ ayağa tikilib.

10 saatlıq uğurlu əməliyyat ilə ayağa tikilən əl yenidən kəsilərək qola tikilib. Yenidən qol və ələ sahib olan Zhou çox xoşbəxt olduğunu söyləyib. Tam olaraq əlindən istifadə edə bilməyən Zhou uzun müddət müalicə olunmaq məcburiyyətindədir.

mənbə: big.az