Trampdan "Google"un cərimələnməsinə sərt etiraz -

Trampdan "Google"un cərimələnməsinə sərt etiraz -

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının "Google" şirkətinə kəsdiyi cəzanı tənqid edib.

Teach.az -ın APA TV-ə istinadən məlumatına görə, Tramp ABŞ şirkətinə verilən 5,06 milyard dollarlıq rekord cəzanı istismar adlandırıb.

"Avropa İttifaqı bizim ən böyük şirkətlərimizdən biri olan "Google"a 5 milyard dollarlıq cəza verdi. Mən sizə demişdim. ABŞ-ı doğrudan istismar edirlər, ancaq bu uzun sürməyəcək" - deyə o qeyd edib.

Qeyd edək ki, Avropa Komissiyasının qərarına əsasən, “Google” şirkəti Aİ-nin antiinhisar qanunvericiliyini pozduğu üçün 4,34 milyard avro məbləğində cərimə ödəməlidir. Qərarda bildirilir ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız “Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub.


Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, “Google”un daxil olduğu “Alphabet Holding”in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək.


ABŞ şirkəti isə Avrokomissiyanın qərarından şikayət verəcəyini açıqlayıb.


https://youtu.be/1G-yhSVSzAQ