90-cı illərin videosu “YouTube”da 1 milyard baxış topladı -
”YouTube”un yaranmasından əvvəl lentə alınan “Guns N’ Roses” rok qrupunun “November Rain” videoklipi “YouTube”da 1 milyarddan çox baxış toplayıb.
Teach.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə “YouTube”un aid olduğu "Google”dan bildirilib.
“Bu, 90-cı illərin ilk videosudur ki, bu qədər baxışa nail olub. Bundan başqa, “November Rain” “YouTube” erasının başlamasından əvvəl yaradılmış və 1 milyard baxış toplamış ilk videodur”, - deyə şirkət nümayəndəsi bildirib.
2017-ci ildə bu videoya gün ərzində orta hesabla 560 min nəfər baxıb. “Noyabr yağışı” adlanan kompozisiyaya baxış məhz həmin ayda 40 % artıb.
Qeyd edək ki, “Guns N' Roses” rok qrupu 1985-ci ildə Los Ancelesdə yaradılıb. Kollektiv 6 plastinka buraxıb.