13 yaşında öz təyyarəsini hazırladı- FOTOLAR

13 yaşında öz təyyarəsini hazırladı- FOTOLAR

24 yaşında olan Sabrina Paterski "Gələcəyin Einsteini" olaraq qəbul edilib. Hələ 13 yaşında olanda atası üçün təyyarə hazırlayan Paterski, sosial media daxil olmaqla diqqətini dağıda biləcək hər şeydən uzaq durur.

Teach.az xəbər verir ki, Sabrina 13 yaşında atası üçün təyyarə hazırlayıb, 19 yaşında MİT-ni bitirib, 15 yaşında olanda isə Amazon-un sahibi Jeff Bezos-un şirkəti Blue Origin-dən iş təklifi alıb. İndi 24 yaşında Harvardda qara nöqtələr və kosmos zaman teoremi üzərinə araşdırma edir.

1993-cü ildə ABŞ-da dünyaya gələn Sabrina Pasterski , 1998 ci ildə yalnız zəkalı uşaqlara dərs verən Edison Regional Gifted Center adlı məktəbə qəbul edilib. Bu məktəbdən sonra İllinois Riyaziyyat və Bilim Akademiyasına davam edib və 2010 cu ildə məzun olub.

2003-cü ildə uçuş dərsləri almağa başlayıb.Çünki hədəfi atası üçün tək motorlu təyyarə hazırlamaq olub. 2006-cı ildə hələ 13 yaşında öz təyyarəsini hazırlamağa başlayıb. 2007-ci ildə Cont O-200A motorlu təyyarəsi ilə ilk uçuşunu həyata keçirən Pasterski, uça bilmək sənədi və quyruq nömrəsi almağı bacarıb.

Qara nöqtələr və kosmos-zaman üzərinə çalışmalar edən Sabrina, indiyə qədər sevgilisinin olmadığını etiraf edib. Pasterski içki və siqaret istifadə etmədiyini də bildirib.

Fira