Qrafendən gödəkcə istehsal edilib
Böyük Britaniyanın "Vollebak" brendi qrafendən hazırlanan gödəkcə təqdim edib.
Teach.az Milli.Az-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, qismən qrafendən hazırlanan gödəkcə yayın axırında satışa çıxarılacaq. İnnovativ material sayəsində geyim uzunömürlü, suyadavamlı və yüngül olacaq. Qara rəngli külək keçirməyən gödəkcənin qiyməti barədə məlumat verilmir.
Qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektronika qurğularında tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.