Turistləri kosmosa aparacaq raketin növbəti sınağı keçirildi
ABŞ-ın "Blue Origin" şirkəti "New Shepard" suborbital raketinin növbəti - 9-cu uğurlu sınağını keçirib.
Teach.az lent.az-a istinadən xəbər verir ki, şirkət sınağı canlı yayımlayıb.
Pilotsuz raketin startı Texasdakı meydançadan verilib. BE-3 maye raket yanacağı ilə təchiz edilmiş raket gələcəkdə kosmik turistlər üçün nəzərdə tutulan kapsulu 120 km-ə qədər hündürlüyə qaldırıb.
Şirkət ilk dəfə olaraq qəza startı zamanı ekipajı təcili şəkildə Yerə qaytaracaq texnologiyanı sınaqdan keçirib. 76 min metrə yaxın hündürlükdə sərnişin kapsulunun mühərriki işə düşüb. Bu, təcili eniş zamanı kapsulun Yerin atmosferinə yumşaq daxil olması üçün nəzərdə tutulub.
Buraxılışdan 7 dəqiqə sonra çoxistifadəli raket Yerə vertikal eniş edib. Daha sonra isə kapsul sərnişini imitasiya edən "Skywalker" manekeni ilə birlikdə paraşütlə Yerə enib. Aparatın göyərtəsində manekenlə birlikdə "Blue Origin" şirkətinin əməkdaşlarının şəxsi əşyaları və digər faydalı yük də normal şəkildə geri qayıdıb. Qeyd edək ki, "Blue Origin" 2018-ci ilin sonuna qədər insanların iştirakı ilə ilk sınaq keçirmək və 2019-cu ildən turistlərin kosmosa səfərlərini təşkil etmək fikrindədir. Kapsul 6 sərnişin tutur. Kosmik turizmin qiyməti 200-300 min dollar arasında olacaq.
Raket ilk suborbital uçun həyata keçirən amerikalı astronavt Alan Şpehardın şərəfəni adlandırılıb.