Mini ətək geyinmək üçün ayağını kəsdirdi - FOTO
ABŞ-da yaşayan 32 yaşlı Kristi Vimberli adlı qadın sağ ayağı gözəl görünmədiyi üçün mini ətək geyinə bilmədiyini deyərək ayağı kəsdirib.
6 yaşında onurğa şişi diaqnozu qoyulan Vimberlinin sinirləri əməliyyat zamanı zədələnib və bu hadisədən sonra sağ ayağı normal şəkildə inkişaf edə bilməyib. Uşaqlıqda yaşıdlarının lağ hədəfi olduğunu deyən Kritsti bildirir ki, ayaqları arasındakı uzunluq fərqini aradan qaldırmaq üçün 19 fərqli əməliyyat keçirib və hər dəfə infeksiya ilə mübarizə aparmaq məcburiyyətində qalaraq uzun müddət yeriyə bilməyib.
Kristi Vimberli həmçinin deyir ki, sağlamlıq məsələlərindən əlavə, ayağı onu çirkin göstərib və bu səbəbdən heç vaxt mini ətək geyinə bilməyib, şalvara məhkum olub. Gənc qadın 2017-ci ildə ayağını kəsdirməyə qərar verib və hazırda xoşbəxt olduğunu, addımına görə peşmanlıq hiss etmədiyini deyir.(qaynarinfo)