Azərbaycanda 147,2 milyon manatlıq kompüter məhsulları istehsal edilib

Azərbaycanda 147,2 milyon manatlıq kompüter məhsulları istehsal edilib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 147,2 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib.

Teach.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 10,6 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 84,1 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 4,1 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,7 dəfə artıb, məişət soyuducularının istehsalı 36,9 faiz azalıb.