Kubada mobil internet müjdəsi

Kubada mobil internet müjdəsi

Kuba hökuməti mobil telefonlarda internet xidmətinin açılmasına icazə verib.

Teach.az lent.az-a istinadən xəbər verir ki, hələlik bu imkandan məhdud sayda insan faydalanacaq. 2018-ci ilin sonuna qədər bütün əhali mobil cihazlar vasitəsilə internetə daxil olmaq fürsəti qazanacaq.

Mobil internetə qoşulan ilk xoşbəxt vətəndaşlar dövlət mətbuatında çalışan jurnalistlər olub. Onlara bu imkanı dövlət telekommunikasiya şirkəti ETECSA təqdim edib. Şirkət bildirib ki, ilin sonuna qədər özünün 5 milyon müştərisinə mobil internet xidməti təqdim edəcək.

Analitiklər bildirir ki, internetə çıxış imkanı hökumətin informasiyaların yayılması üzərindəki inhisarını zəiflədəcək. "Bu, radikal dəyişiklikdir. İndi mən istənilən yerdən, o cümlədən hadisə yerindən xəbərləri qoya və yeniləyə bilərəm", - deyə dövlət mediasında çalışan 39 yaşlı Yuris Norido bildirib.

Lakin Kubada internet tarifləri xeyli bahadır. İnternetin 1 saatı 1 dollardır. Halbuki ölkədə orta aylıq əməkhaqqı cəmi 30 dollar təşkil edir.