Divardan səs eşitdi, çəkiclə divarı dağıtdı və ardınca dəhşətli anlar yaşadı - Video

Divardan səs eşitdi, çəkiclə divarı dağıtdı və ardınca dəhşətli anlar yaşadı - Video

Taylandın paytaxtı Banqkokda bir ev sahibi divardan qəribə səslər gəldiyini eşidib.

Təəccüblənən ev sahibi səslərin bir ilana aid olduğunu anlayıb. Divarı çəkiclə vurmağa başlayıb və polisə xəbər verib. Divarın arxasında gizlənən 5 metrlik pitonu gördükdə hərkəs şoka düşüb. Pitonu divardan dəmir parçası ilə çıxarıblar.

Yağışdan qorunmaq üçün pitonun divara boşluqdan girdiyi məlum olub. Daha sonra piton çuvala qoyulub və təbiətə buraxılıb.


mənbə: kuryoz.com