“Yandex” smartfon istehsal edəcək

“Yandex” smartfon istehsal edəcək

Yaxın zamanlarda Rusiya ərazisində "Yandex. Telefon" adlanan yeni smartfon satışa çıxarılacaq.

Teach.az lent.az-a istinadən xəbər verir ki, şirkət mobil cihazın istehsalı üçün razılıq əldə edib.

Şifrəli vasitə və malların xəbərdarlıqları haqqında Vahid Reyestrdə məlumat yayılıb ki, "Yandex Services AG" şirkəti artıq "Yandex. Telefon" smartfonunu istehsal edə bilər. Cihaz Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə idxal ediləcək.

Bundan əvvəl isə bildirilib ki, "Yandex" "ağıllı ev" sisteminin tərtibatını həyata keçirməyi planlaşdırır. Bu sistem dünən satışa çıxarılan "Yandex. Stansiya" "ağıllı" səsgücləndiricisinin bazasında istehsal ediləcək.