"Twitter"dən Qətər əmirinə 2 milyonluq zərbə
"Twitter" sosial şəbəkəsinin saxta profillərə qarşı mübarizəyə başlaması Qətər əmiri Şeyx Təmim bin Həmid əs-Sanidən də yan keçməyib.
Teach.az lent.az-a istinadən xəbər verir ki, 2 milyon 600 min izləyicisi olan Qətər əmirinin təmizləmələrdən sonra cəmi 233 min izləyicisi qalıb.
Bu hadisədən sonra Şeyx Təmim ərəb dünyasında zarafat obyektinə çevrilib.
Qeyd edək ki "Twitter" mikrobloqu iyulun 12-dən etibarən şübhəli akkauntların kütləvi şəkildə silinməsinə başlayıb. Şirkətdən bildirilib ki, məqsəd "Twitter"də etimad mühiti yaratmaq və sağlam kommunikasiyanı təmin etməkdir. Bu kampaniya çərçivəsində ABŞ prezidenti Donald Tramp 300 min izləyici itirib. Təmizləmə əməliyyatından öncə D.Trampın səhifəsinin 53,4 milyon abunəçisi olub. Təmizləmə başladıqdan sonra isə bu say 53,1 milyona enib.