"Dünyanın ən əzələli uşağı" indi bu hala qalıb - FOTO

"Dünyanın ən əzələli uşağı" indi bu hala qalıb - FOTO

Hələ uşaqkən "Dünyanın ən əzələli uşağı" statusunu alan ukraynalı Riçard Sandrak son görünüşü ilə hər kəsi təəccübləndirir.

15 il əvvəl məşhurlaşan Riçardın indi 26 yaşı var. "Balaca Herakl" ləqəbini qazanan Sandrakın əzələsiz və arıq görünüşü idmançıları da xeyli təəccübləndirib.

Qeyd edək ki, Riçard Sandrak 2 yaşında ikən ailəsi ilə ABŞ-a köçüb. 8 yaşında bədən quruluşu ilə dünya mediasının gündəminə düşən oğlan adi bir uşaq kimi deyil, peşəkar idmançı kimi görünürdü. Ailəsi də onun Arnold Şvarseneqqer kimi olmasını istəyirdi. Ancaq Sandrakın son görünüşü bunun əksinin baş verdiyini göstərib. Riçard hazırda Los-Ancelesin kinostudiyalarında çəkilən şoularda dublyorluq edir.(axşam)