İlanın qarnından çıxanlar görənləri şok etdi - Öləcəkdi, amma... - FOTO

İlanın qarnından çıxanlar görənləri şok etdi - Öləcəkdi, amma... - FOTO

Avstraliyada ev çəkələyini udan piton əməliyyat edilib.

Çəkələyinin bir tayını tapa bilməyən ev sahibi onu axtarmağa başlayıb və evin kənarında halsız halda yatan pitonun qarnında görüb.

O, ilanın bədəninə baxdıqda çəkələyin formasından onu tanıyıb. Çəkələyi udan piton 48 saat ərzində heç nə yeyə bilməyib və can verəcək halda olub.

Baytara aparılan piton əməliyyat edilib və çəkələk ilanın bədənindən xaric edilib.

mənbə: big.az