Kompüter bazarında durğunluq hökm sürür
"Gartner" şirkəti dünya kompüter qurğuları (masaüstü sistemlər, noutbuk, ultrabuk, planşet, smartfon və mobil telefonlar) bazarı üzrə proqnoz təqdim edib.
Teach.az Milli.Az-a istinadən bildirir ki, qiymətləndirməyə görə, 2017-ci ildə qeyd olunan kateqoriyalara aid qurğuların ümumi tədarükü 2,26 milyard ədəd səviyyəsində olub. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl satış həcmi 2,33 milyard ədəd təşkil edib. Beləliklə, 3 faizə yaxın azalma qeydə alınıb.
Analitiklərin proqnozuna görə, bu il bazarın həcmi 2,28 milyard ədədə çatacaq. Bu, ötən illə müqayisədə 0,9 faiz artıma uyğun olacaq.
2019-cu ildə tədarükün 2,30 milyard ədəd, 2021-ci ildə isə təxminən 2,31 milyard ədəd təşkil edəcəyi gözlənilir.
Başqa sözlə, qlobal kompüter qurğuları bazarında durğunluq hökm sürür: satış zəif templə artacaq.
Bundan əlavə, müxtəlif tipli kompüterlər seqmentində tələbatın azalacağı proqnozlaşdırılır. 2018-2019-cu illərdə tədarük 2017-ci ildəki 420 milyon ədəddən 415 milyon ədədədək, 2020-ci ildə isə 413 milyon ədədədək azalacaq.
Mobil qurğular sektorunda 2018, 2019 və 2020-ci illərdə tədarük həcminin 2017-ci ildəki 1,84 milyard ədəddən müvafiq olaraq 1,87, 1,89 və 1,90 milyard ədədədək artacağı gözlənilir.