C-V2X-ə dəstək istənilir
"BMW", "Daimler" avtomobil istehsalçıları, "Deutsche Telekom" və "Ericsson" telekommunikasiya şirkətləri Avropa Komissiyasından internetə qoşulan avtomobillər üçün "Cellular Vehicle to Everything" (C-V2X) texnologiyasını dəstəkləməyə çağırır.
Teach.az Milli.Az-a istinadən bildirir ki, onların fikrincə, bu, "5G" mobil rabitə şəbəkələrinin Avropa İttifaqı ərazisində qurulmasını sürətləndirəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, mobil şəbəkələr vasitəsilə avtomobillər və internetə qoşulmuş qurğular arasında məlumat mübadiləsinə imkan verən "C-V2X" texnologiyası "Wi-Fi" texnologiyası əsasında rəqib "ITS-G5" standartı (intellektual nəqliyyat sistemləri) ilə müqayisədə ən yaxşı variantdır.
Şirkətlərin komissiyaya ünvanladığı müraciətdə deyilir ki, "C-V2X" texnologiyası Avropanın avtomobil istehsalçılarının dünya bazarında rəqabətqabiliyyətliliyini möhkəmləndirəcək, "ITS-G5" isə, əksinə, avtomobil istehsalçılarının imkanlarını məhdudlaşdıracaq. "Adına baxmayaraq "ITS-G5" standartı "5G" texnologiyasına aid deyil və təkamül yolunda onunla uyğun gəlmir", - Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və tənzimləyici orqanın digər rəsmi şəxslərinə ünvanlanan məktubda qeyd olunur.