Məzardan qız meyitlərini çıxararaq oyuncaq düzəldən manyakın tükürpədən fotoları...
Məzardan çıxardığı qız meyitlərini özü üçün oyuncaq düzəldən adamı polis həbs edib.
Bu mankayın adı Anatoli Moskvindir. Bu günə qədər o, 29 qızın meyitini qəbirdən çıxararaq evinə aparıb. Bundan sonra meyitlərdən özü üçün oyuncaq uşaq düzəldib.
Bunun üçün o, meyitləri mumyalamış, geyindirmiş və makiyaj etdirib. Hətta həzz almaq üçün onların içində musiqili səs qutusu qoyaraq ağlayan uşaq oyuncaqlarının eynisini düzəldib. Bundan başqa o, meyitlərə doğum günü keçirərək, məzarlarına yazılı məktublar da qoyub. İşin üstü isə ölən bir qızın valideynlərinin qəbir ziyarətindən sonra açılıb. Valideyn olanları belə nəql edib:
“Bir dəfə qızımızın məzarını ziyarət edərkən: “Qızınız üçün daha gözəl bir məzar tapa bilməsəniz, onu oradan çıxaracağıq” yazılı məktub tapdıq. Polisə getdik və əllərindən bir şey gəlmədiklərini dedilər. Daha sonra məzara yazılan məktubların hər dəfə yenisini tapırdıq. Kimə dediksə, heç kim kömək edə bilmədi. Aylarla, hətta illərlə belə məktublar aldıq. Hər dəfə ürəyimizə bıçaq vurulurdu elə bil. İndi öyrənirik ki, biri qızımızı məzardan çıxarıb və evində oyuncaq uşaq düzəldib. Ölümündən sonra belə onu narahat ediblər. 10 yaşında ölmüşdü, on il onunla birlikdə olmuşduq. Bu adam isə 9 ildir onunla eyni evdə yaşayır. Düşündükcə ağlımız başımızdan çıxır”.
Ailəsi Moskvinin uşaq oyuncağı həvəskarı olduğunu, lakin oyuncaqların içində meyitlərin olduğunu bilmədiklərini desələr də, ölü sahibləri onların yalan danışdıqlarını deyirlər. Manyakın kimliyini tapmaq üçün polis əməkdaşlar gecə vaxtı qəbiristanlıqda növbə çəkərək Moskvinin oradan çantayla çıxdığını görüb onu saxlayırlar. Araşdırma nəticəsində çantadan meyit çıxır. Bundan sonra onun evində də araşdırma aparılır və gördüklərindən hamı şoka düşür.
Məhkəmə qarşısına çıxarılan Moskvinin xəstə olduğu ortaya çıxıb və o, xəstəxanaya yerləşdirilib. O, deyib ki, uşaq vaxtı aldığı travmadan sonra bu günə düşüb. (moderator)