Çıxan dişini südün içərisinə qoydu, sonrasına özü belə inana bilmədi - FOTOLAR

Çıxan dişini südün içərisinə qoydu, sonrasına özü belə inana bilmədi - FOTOLAR

Sivasda bədbəxt hadisə baş verib.

Avtomobildən düşərkən dostunun dirsəyi 12 yaşlı Tuğçe Özdivrikin ağzına dəyib və bu zaman onun ön iki dişi tökülüb. Tuğçe dişlərini dəsmalın arasına qoyaraq evə gedib. Anası onun ağzının qanını təmizləyib, sonra isə bilmədən dişlərdən birini zibil qutusuna atıb.

Həkim Tuğçenin sınan dişinin harada olduğunu söylədikdə isə ana zibilə atdığını söyləyib. Həkim isə "Gedin, o dişi zibildən tapın, gətirin" deyib. Gətirilən dişi südün içərisinə qoyub, sonra isə düzəldib.

4 həftə sonra sağlam dişlərinə qovuşan Tuğçe həkimin süd üsulu ilə dişlərini düzəltməsindən təəccübünü gizlədə bilməyib.

mənbə: big.az