“Samsung Electronics” ilkin maliyyə hesabatını açıqladı
"Samsung Elektronics" şirkəti 2018-ci ilin ikinci rübünün ilkin maliyyə nəticələrini açıqlayıb.
Teach.az lent.az-a istinadən xəbər verir ki, hesabat dövründə Cənubi Koreya nəhənginin konsolidə olunmuş gəlirləri 57-59 trilyon von kimi qiymətləndirilir. Bir il öncə bu göstərici 61 trilyon von təşkil edib.
Gəlirlərin bir qədər azalması şirkətə əməliyyat gəlirlərini artırmağa mane olmayıb. İlkin qiymətləndirməyə görə, bu rəqəm 14,7-14,9 trilyon von təşkil edib.
Rübün ilkin nəticələrinə həsr edilmiş məlumatda deyilir ki, ilkin qiymətləndirmə Beynəlxalq Maliyyə Hesabatlılığı Standartının Koreya Versiyasında - K-İFRS-ə müvafiq olaraq hazırlanıb. Tam hesabat bir qədər sonra dərc ediləcək.