Smartfondakı barmaq skaneri ölünü də tanıyacaq

Smartfondakı barmaq skaneri ölünü də tanıyacaq

Cənubi Koreyanın Ulsan Elm və Texnologiya İnstitutunun alimləri nəinki sahibini, həmçinin onun durumunu tanıya bilən smartfon üçün barmaq izləri skaneri tərtib ediblər.

Teach.az lent.az-a istinadən xəbər verir ki, texnologiya smartfon sahibinin temperaturunu müəyyən edəcək.

Əgər o, 30-45 dərəcə Selsidirsə, o zaman smartfon blokdan çıxarılacaq. Yox, əgər bu göstərici çərçivəyə uyğun deyilsə, cihaz blokdan çıxmayacaq. Bu temperatur isə o deməkdir ki, insan artıq yaşamır.

Belə bir texnologiyanın əsas məqsədi barmaq yalanı deyil, cihazdan onun əsl istifadəçisinin istifadə etdiyini müəyyən etməkdir. Bu da skanerin etibarlılığını artırmalıdır. Həmçinin bu addım artıq ölmüş insanın smartfonunun blokdan çıxarılması üsuluna da təsir edəcək. Çünki Federal Təhqiqatlar Bürosu smartfon sahibi öldükdən sonra da onların barmaqları ilə telefonlarını blokdan çıxararaq məlumatlara çıxış əldə edirdi.