Telefonunuz xarab olursa, səbəbi budur
Hər yerdə həmişə yanımızda daşıdığımız əl telefonları yüksək istiliklərdən mənfi təsirlənir, istifadəçilərin də bu mövzuda şüurlu hərəkət etməməsi böyük riskləri özü ilə gətirir.
Mütəxəssislər bildirirlər ki, cihazların ömürünü uzatmaq istəyənlər isti havalarda daha da diqqətli olmalıdır, xüsusilə əl telefonlarının günəş işığı və istiyə məruz qalmamalıdır.
Teach.az deyerler.org-a istinadən bildirir ki, havanın hərarəti insanlara təsir etdiyi kimi, texnoloji cihazlara da olduqca çox güclü təsir göstərir. Əl telefonu, planşet və kompyuter kimi cihazlar, birbaşa günəş işığına məruz qaldığında istər prosessorlarında, istərsə də batareyalarında problemlər ortaya çıxır. Tətbiqlərlə birlikdə bəzən daha da çox istilənən əl telefonlarının günəşdə qaldığı zaman xarab olma riski 2 dəfə artır.
Tez-tez "Əl telefonum həddindən çox istilənir", "Öz-özünə bağlandı, ekranım donur" kimi şikayətləri eşidirik. Bu şikayətlərin əhəmiyyətli bir hissəsinin yüksək istiliyə görə baş verməsi ehtimalı olduqca yüksəkdir. Davamlı yüksək istiliyə məruz qalan və sintetik xammal ilə emal edilmiş əl telefonlarının ana kartları bu istiliyə görə rahatlıqla zərər görə bilər. Yüksək istiliyə məruz qalan və qoruma örtüyünə görə özünü soyuda bilməyən əl telefonunda zamanla deformasiyalar başlaya bilər, ana kart və batareya üzərində mənfi təsir yarada bilər. Bu mənfi təsirin uzun müddət davam etməsi vəziyyətində əl telefonunun batareyası şişir və istifadə edilməz hala gəlir.