Xəbərlər proqramını robotlar aparacaq - ÇİNDƏN DAHA BİR SENSASİYA

Xəbərlər proqramını robotlar aparacaq - ÇİNDƏN DAHA BİR SENSASİYA

Çində xəbərlər proqramını robotlar aparacaq.



Teach.az-ın APA TV-yə, Çinin cənubunda yerli televiziya kanalında süni zəkaya malik robot aparıcı olacaq.



"Nanning" telekanalında iyunun 6-dan başlayaraq 29 kiloqram ağırlığında 1 metr 21 santimetr hündürlükdə olan "Çao Nıng Şiaoboy" - yəni "Super Balaca Bəyaz" adlı robotlar ekranlara çıxacaq. Robotların əsas üstünlüyü onların 12 saat ərzində fasiləsiz işləyə bilməsidir.



Qeyd edək ki, Çin hökuməti sözü gedən robotlardan gələcəkdə bütün telekanallarda istifadə olunmasında olduqca maraqlıdır.