Xiaomi-nin İPO-su uğursuz olub
Çin smartfon istehsalçısı Xiaomi Honq Konq Fond Birjasında səhmlərini yerləşdirdi. Blomberq agentliyinin verdiyi xəbərə görə, İPO şirkətə 6.1 milyard dollar qazanc gətirməli idi, lakin gəlir 4.7 milyard dollar oldu. Agentliyin mənbələri deyir: - "Xiaomi"nin səhmləri institutsional investorlar (onların arasında Amerikanın çip istehsalçısı Qualcom, Çin mobil operatoru, Çin CİCFH əyləncə fondu, eləcə də Corc Soros fondu vardı) tərəfindən topdan şəkildə alındı.
Teach.az bizplus.az-a istinadən bildirir ki, Xiaomi səhmlərinin satışı 9 iyulda başlayacaq. Daha sonra şirkət səhmlərini, ÇDR (Çin depozit daxilolmaları) Şanxay fond birjasında yerləşdirəcək. Ümumilikdə bu satışlar şirkətə 10 milyard dollar gətirməlidir.
Xiaomi smartfon istehsalında dünya üzrə dördüncüdür. Ondan əvvəlki yerləri Apple, Samsung və Huawei (Honor) tutur.
Xiaomi investisiyaların 30 % ni yeni smartfonların və digər cihazların inkişafına sərf etmək istəyir (şirkət eləcədə kompüterlər, televizorlar, hətta düyü bişirənlər və digər elektirik avadanlıqları da istehsal edir) digər 30% ni internet sferasında yeni məhsullar yaratmağa, 30% ni qlobal genişlənməyə (kompaniyanın Çində və Hindistanda həqiqətən güclü mövqeyi var) 10%-ni işçilərin mükafatlandırılmasına sərf etmək istəyir.