Gecələr kənddə yayılan səslər insanları qorxuya salıb - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR

Gecələr kənddə yayılan səslər insanları qorxuya salıb - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR

Türkiyənin Beytüşşebap rayonunun Başaran kəndində xoşagəlməz hadisələr yaşanır.

Kənd sakinləri gecələr evlərindən qəribə səslərin gəldiyini bildiriblər. Evlərin damını axtardıqdan sonra həmin səslərin yarasalar tərəfindən çıxarıldığı müəyyənləşib. Sakinlər bəzi gecələr bu səslərin həddən artıq olduğunu və uşaqların qorxduğunu bildiriblər.
Yarasaların toplu şəkildə kənddə yuva salması insanları narahat edir. Onlar bu heyvanların aidiyyatı qurumlar tərəfindən ərazilərindən uzaqlaşdırılmasını istəyirlər.(metbuat)