“Facebook” uçan internet layihəsindən vaz keçdi - VİDEO
“Facebook” şirkəti yerə internet ötürən xüsusi dronların yaradılması planından vaz keçib.
Teach.az Oxu.Az-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi məlumatı təsdiqləyib.
“Aquila” layihəsini sosial şəbəkə nəhəngi 2014-cü ildə elan etmişdi. Sınaqlarda pilotsuz uçan aparatlar uzunmüddətli uçuşlara tab gətirə bilməyib.
Testlərin birində “Facebook” dronunun qanadı qırılıb və yüksək sürətlə yerə çırpılıb.
Çərşənbə axşamı korporasiyanın rəhbərliyi daha çox insanın internet əlçatarlığını təmin etmək üçün bundan sonra başqa aviasiya şirkətləri, o cümlədən “Airbus”la əməkdaşlıq edəcəklərini bildirib.
Şirkət “Aquila” layihəsinin dayandırılması ilə əlaqədar Böyük Britaniyanın Bricvoter şəhərindəki emalatxanasını bağlayıb.