HTC əməkdaşlarının 1/4-ni ixtisar edəcək

HTC əməkdaşlarının 1/4-ni ixtisar edəcək

Məşhur smartfon istehsalçısı olan HTC şirkəti əməkdaşlarının dörddə birini ixtisar etmək qərarına gəlib.



Teach.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, buna səbəb şirkətin qacet satışlarında uğursuzluqla üzləşməsidir.



Tayvan şirkətinin nümayəndələri bildirib ki, ixtisarlarda məqsəd resursların effektiv idarə olunmasına nail olmaqdır.



Hazırda HTC-də 6 min nəfərin çalışdığını nəzərə alsaq, ixtisarların 1500 nəfərə şamil olunacağı gözlənilir.



Qeyd edək ki, bu ilin yazında şirkətin məhsullarının satışlarında 55 faiz azalma qeydə alınıb.