“Lenovo”nun ilk “ağıllı” saatları 15 saniyəyə satıldı

“Lenovo”nun ilk “ağıllı” saatları 15 saniyəyə satıldı

“Lenovo” şirkəti özünün smart-saatlarının ilk partiyasının satışlarının nəticələrini bölüşüb.

Teach.az İKT.lent.az-a istinadən məlumatına görə, cəmi 15 saniyəyə min ədəddən artıq “Watch X” saatlarının satışı həyata keçirilib.

“Lenovo”nun “ağıllı saatları” populyar JD.com ticarət saytında aşkar edilib. Onun satış dinamikası əvvəlki rekord olan “Lenovo Z5” telefonun satışlarını qabaqlayıb. Bu telefonlar iki dəqiqəyə satılıb. Bu smart-saatların bu qədər populyar olmasını cəmi 45 dollara olan qiyməti ilə izah edirlər.

Teach.az