4 kameralı Huawei Nova 3 satılacaq

4 kameralı Huawei Nova 3 satılacaq

Huawei, Nova seriyası üçün yeni bir model hazırlayır. Nova 3 olaraq adlanan bu model 4 kameraya və bu ilin trendi olan çərtikli ekrana malik olacaq.

Teach.az technote.az-a istinadən bildirir ki, orta seqment bir model olacaq telefon 18 İyulda Çində bir konfrans zamanı təqdim ediləcək. Telefon digər modellərə nisbətən incə çərçivələrə malik olsa da, çərtik biraz qalın və uzun olacaq. Buna səbəb bu modeldə 2 ön kamera olmasıdır. Dizayn baxımından P20 modelinə oxşayan Nova 3 qızılı və göy rənglər ilə satışda olacaq.


Kirin 659 çipset və 6 Gb Ram
64/128 Gb Yaddaş və 3650 mAh batareya
6.3 inch böyüklüyündə, 19:9 nisbətində ekran
Ön kamera 24 MP + 2 MP dual kamera
Aİ(Süni Zəka) dəstəkli 16 MP + 24 MP Arxa kamera
Android 8.1 Oreo və EMİU 8.1 interfeys

Teach.az