Galaxy S6 haqqında hər şey

Galaxy S6 haqqında hər şey

Bu məqaləmizdə sizə yaxın aylarda satışa buraxılmış Samsungun admiral gəmiləri Galaxy S6 və S6 Edge smartfonları haqqında danışacağıq. 2015-in ən yaxşı smartfonları arasında ən üstlərdə yer almış bu telefonlar bir çox cəhətdən istifadəçini xoşbəxt etməyi bacarır.

Dizayn

Dizayn cəhətdən S6 özündən əvvəlki S5 modelinə heç oxşar deyildir. Bu telefonu digərlərindən fərqləndirən əsas cəhət material seçimidir. Keçən ilə qədər Samsung dedikdə ağıla ilk plastik və oxşar dizaynlı telefonlar gəlirdisə, bu il Samsung S6, A3, A5 və A7 kimi telefonlarla bu anlayışı dəyişdirməyə çalışır. Belə ki, köhnə modellərdən fərqli olaraq Samung bu modelində tam başqa bir dizayn və fərqli materiallardan istifadə edib. Bu telefonlarda yan xətlər aliminiumdan, arxa hissə isə şüşədən hazırlamışdır. Belə material seçimi telefonu insanın əlində premium və bahalı hiss elətdirir. Ancaq bunun bir də pis tərəfi var. Bu modeldə Samsung öz ənənəsini pozmuş, telefona sd card və çıxarıla bilən batareya dəstəyi verilməmişdir. Bu isə o deməkdir ki, telefonun yaddaşı nə qədərdirsə, o qədər də qalır. Sd card vasitəsilə artırmaq mümkün deyildir. Həmçinin batareyanın gücü bitəndə çıxardıb yeni batareya taxmaq da mümkün olmayacaq.

Fiziki detallarına gəldikdə isə, Galaxy S6 143.4 x 70.5 x 6.8 mm ölçülərinə, və 138 qr ağırlığa sahibdir.

Ekran

Bir çox sayt və jurnallara görə, 2015 ci ilin ən yaxşı ekranı hələki şübhəsiz Galaxy S6-ya məxsusdur. Telefonun 1440 x 2560 pixellik (hardasa 577 ppi) ekranı telefona ən yaxın məsafədən baxıldıqda belə piksellərin görülə bilməyəcəyi qarantiyasını verir. Kristal təmizliyindəki ekran səhərlər günəş işığı altında çox parlaq, gecə tam qaranlıqda isə çox qaranlıq ola bilir. Bunun sayəsində istifadəçinin gözləri hər cür məkanda ekranda baş verənləri tam aydınlığıyla görə bilir.
Güc

Telefon Exynos 7420 prosessorundan istifadə edir. 8 nüvəli prosessor istənilən proqramda tam performans verə bildiyi kimi, az enerji istifadə edə blməyə də malikdir.

Yaddaş

Samsung Galaxy S6-da 3GB DDR4 Ram var. 32/64/128 GB daxili yaddaş seçimləri ilə gələn telefonun, bayaq qeyd etdiyim kimi xarici sd card girişi yoxdur.
Kamera

Telefonun 4K kimi yüksək keyfiyyətdə video çəkməyi dəstəkləyən 16 meqapiksellik bir kamerası var. Bu kamera həmçinin 720p keyfiyyətdə 120fps video çəkməyə malikdir. Bu da o deməkdir ki, videonu çəkdikdən sonra yavaşladıb ağır çəkimdə baxmaq olar. Həmçinin telefonda geniş bucaqlı 5 meqapiksellik bir qabaq kamera var.

Proqram Təminatı

Galaxy S6-da Androidin ən sonuncu versiyası Android 5.1 mövcuddur. Samsung keçən illərdə telefona lazımlı yaxud lazımsız bir çox proqram doldurub telefonları yavaşlatması ilə bilinsə də, bu telefonda lazımsız proqramlar çox azdır. Ancaq yenə də bu sadə Android deyil, bu Androidin üstündə Samsungun Touchwiz adlanan ağır və rəngli teması var.
Batareya

Bu telefonda Li-Ion 2550 mAh batareya mövcuddur, hansı ki bu günün standartları ilə belə bir telefon üçün biraz balaca bir batareyadır. Həmçinin batareyanı çıxartmaq mümkün olmadığı üçün gücü bitəndə başqa dolu bir batareya taxmaq da mümkün deyildir. Ancaq onu da qeyd edək ki telefon xüsusi cihaz vasitəsilə kabelsiz enerji yığmağı bacarır.

S6 Edge

Samsung həmçinin S6 ilə bərabər S6 Edge modelini də təqdim etmişdi. İki telefon arasında fərqlər yalnız Edge varinatının ekranının kənarları əyri olmasından, və Edge-nin batareyasının azacıq daha böyük olmasından ibarətdir. Bunun xaricində bütün xüsusiyyətləri eynidir.




Qiymət

S6 və S6 Edge-ni Azərbaycanda bir çox mağazalardan uyğun olaraq 799 və 899 manata almaq mümkündür. Həmçinin S6 myphone.ae saytında 555 manat kimi daha ucuz bir qiymətə satışdadır.