“Samsung”un əyilən displeyli ilk smartfonlarının təqdimat vaxtı məlum oldu

“Samsung”un əyilən displeyli ilk smartfonlarının təqdimat vaxtı məlum oldu

Tanınmış çinli insayder “Ice Universe” “Samsung” şirkətinin gələn ilin əvvəlində satışa çıxarılacaq yeni flaqman smartfonlarının anonsunun qrafikini dərc edib.

Teach.az-ın saytına istinadən məlumatına görə, mobil cihazlar sənayesindən bir neçə dəfə yeniliklərlə bağlı etibarlı məlumatlar təqdim edən şəxs bəyan edir ki, Cənubi Koreyanın ilk əyilən displeyə malik smartfonu gələn ilin əvvəlində “Consumer Electronics Show 2019” sərgisində təqdim ediləcək. Təxmin edilir ki, o, “Samsung Galaxy X” adı ilə istehsal ediləcək.

“Galaxy S” istehsalına aid yubiley smartfona gəldikdə, o, gələn ilin fevral ayının sonunda “Mobile World Congress 2019” sərgisində təqdim ediləcək. Onun “Galaxy S10” və ya başqa cür adlandırılacağını söyləmək isə çox çətindir.

Xatırladaq ki, bundan əvvəl mütəxəssis əyilən displeyə malik “Samsung Galaxy X” smartfonunun gələn il buraxılacağı ilə bağlı tərəddüdünü qeyd etmişdi. Bu ilin avqustunda isə ictimaiyyətə “Samsung Galaxy Note9” smartfonu nümayiş etdiriləcək. Bu, şirkətin 8 GB daxili yaddaşa malik ilk smartfonu olacaq.

Teach.az