Qəzaya düşən maşının qapısını açanda dəhşətə gəldilər - FOTO
Türkiyənin Bilecik vilayətində sükanı olmayan və sürət qutusuna bağlı metal parçası ilə idarə edilən avtomobilin divara çırpılması nəticəsində iki nəfər yaralanıb.
U.Ş.-a məxsus 11 SH 337 qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Qəzada sürücü U.Ş. ilə eyni maşında olan F.Ş. da xəsarət alıb. Yaralılar təcili yardım maşını ilə Bilecik Dövlət Xəstəxanasına çatdırılıb.
Qəza yerində araşdırma aparan polislər maşının sükansız idarə edildiyini müəyyən edib. Bu mənzərə görənləri təəccübləndirib.
mənbə: milli.az