"Facebook”dan Ronaldoya təklif
“Facebook” sosial şəbəkəsi portuqaliyalı futbol ulduzu Kristiano Ronaldonun iştirakı ilə realiti-şou hazırlamağı planlaşdırır.
Teach.az -ın İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə Variety” dərgisi məlumat yayıb.
Hazırda sosial şəbəkə ilə futbolçu arasında bu layihənin “Facebook Watch” strminq platformasında həyata keçirilməsi üçün danışıqlar aparılır. Danışıqlar ilkin mərhələdədir. “Facebook” Ronaldonun iştirakı ilə 13 epizodun çəkilişi üçün 10 milyon dollar ödəməyə hazırdır.
Madrid “Real”ının ulduzu hazırda “Facebook”da ən populyar idmançıdır. Onun səhifəsinin 120 milyondan çox izləyicisi var.
Qeyd edək ki, K. Ronaldonun karyerasını “Yuventus”da davam etdirəcəyi barədə xəbərlər yayılıb.