CES 2018 - 2 saat işıqsız qalıb

CES 2018 - 2 saat işıqsız qalıb

ABŞ-ın Las-Veqas şəhərində keçirilən CES beynəlxalq elektronika sərgisi iki saat ərzində işıqsız qalıb.

Teach.az-ın “TechCrunch” nəşrinə istinadən məlumatına görə, istehlak elektronikası, robotexnika və mobil texnologiyanın nümayiş edildiyi bu nəhəng forumun işində nasazlığın yaranmasına səbəb leysan yağışlar olub.

Qeyri-hava şəraiti transformatorlardan birini sıradan çıxarıb və şirkətin stendləri zülmətə qərq olub. Qəza generatorları hesabına təşkilatçılar Wi-Fi-nin işini dəstəkləyə biliblər. Ancaq bununla belə, elektrik enerjisi olmadan CES iştirakçıları hər hansı nailiyyətlərini nümayiş etdirə bilməyiblər.

Yaranmış bu vəziyyətə bloggerlər gülüblər. Onlar ən yüksək texnoloji yeniliklərin nümunələrinə fənər və batareyalarla baxmağı məsləhət görüblər.

Qeyd edək ki, bundan əvvəl Las-Veqasda keçirilən sərginin ziyarətçilərinə “R2DoubleD” və “TripleCPU” striptiz göstərən robotlar təqdim edilib. Bu “rəqqasları” 2012-ci ildə britaniyalı rəssam Cayl Uoker yaradıb.