LG-də rəhbərlik atadan oğula keçdi

LG-də rəhbərlik atadan oğula keçdi

“LG Group” şirkətində rəhbərlik dəyişib.

Teach.az-ın xəbərinə görə, şirkətə rəhbərlik Ku Bon-mudan onun oğlu – Ku Kvan-moya keçib.

Bu, şirkətdə artıq dördüncü nəsil rəhbər dəyişikliyidir və idarəçilik ənənəvi olaraq Direktorlar Şurasının sədrinin böyük oğluna verilir.

Qeyd edək ki, Ku Bon-mu mayın 20-də 73 yaşında beyin xərçəngindən vəfat edib. 1978-ci ildə anadan olan onun oğlu Ku Kvan-mo “LG Electronics” maliyyə komandasına 2006-cı ildə qoşulub. 29 iyun 2018-ci ildə şirkətin Direktorlar Şurasının üzvü və icraçı direktoru seçilib. O, hazırda holdinqin səhmlərinin 6,24 faizinin sahibidir. Ataya məxsus səhmlər (11,28 faiz) Ku Kvan-moya veriləndən sonra o, şirkətin ən böyük səhmdarı olacaq. Səhmlərin 7,72 faizi onun kiçik qardaşına məxsusdur.

Teach.az (mənbə-lent.az)