“Azərkosmos” 90 mln. dollar gəlir əldə edib

“Azərkosmos” 90 mln. dollar gəlir əldə edib

“Azərkosmos” ASC qlobal peyk xidmətləri bazarının fonunda kiçik, regional peyk operatorudur. Lakin fəaliyyət göstərdiyimiz 4 il ərzində bu əlverişsiz mövqeyi üstünlüyə çevirməyə çalışmışıq”.

Teach.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos”un sədri Rəşad Nəbiyev deyib.

“Fəaliyyətimizi Strateji İnkişaf Planı əsasında qurur, korporativ idarəetmənin ən son yeniliklərini tətbiq edirik. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir”, - o qeyd edib.