Təmir zamanı evin altından görün nə tapdı - FOTOLAR

Təmir zamanı evin altından görün nə tapdı - FOTOLAR

Birləşmiş Krallıqda evin altından II Dünya Müharibəsi zamanı qurulan sığınacaq və gizli yol tapılıb.

Evində usta Toni ilə birlikdə təmir işləri aparan Kris Skot həyətdəki dəmir quyu qapağını açanda qorxuya düşüb. Belə ki, quyuya baxan ev sahibini vahimə bürüyüb. Sonradan məlum olub ki, evin altından gizli yol var.

Kris bu barədə jurnalistlərə məlumat verib. O bildirib ki, həyətdəki dəmir qapağı açmaq üçün 2 gündən çox vaxt sərf ediblər.

"Burada çoxlu elektrik açarları və işıq lampaları var. Düşünürük ki, bu sığınacaq İkinci Dünya müharibəsi zamanı Almaniyanın hava hücumundan qorunmaq üçün istifadə olunub".

mənbə:milli