Yaxın illərdə barmaq izi sensoru ilə bədən temperaturumuzu ölçə biləcik
Barmaq izi sensorlarının artıq bir çox funksiyaları var. Ürək ritmini təyin etmək, qan təzyiqini öyrənmək və s. Bu gün isə bir sıra elm adamları işlədikləri bir layihə haqqında danışdılar. Bu layihəyə görə yaxın illərdə barmaq izi sensorunun funksiyaları daha da artacaq. Beləki, artıq bədən temperaturunu ölçərək termometr funksiyası daşıyacaq.
Samsung şirkətinin tərkibində olan və bir sıra yeni texnologiyalar üzərində işləyən mühəndis/elm adamları barmaq izi sensoru vasitəsilə yaxın illərdə temperatur ölçməyin mümkün olacağını vurğuladı.
Bu sensorun tək fərqi də bu deyil. Bu yeni texnologiyalar ilə hazırlanmış barmaq izi sensorları həm də elastik olacaq. Yəni ekranın alt panelinə rahatca yerləşdirilə biləcəyi halda, ön panelə də yerləşdirmək olacaq. Digər önəmli cəhət isə temperatur ölçməsinin hər barmağa görə fərqli olacağı üçün hər hansı barmaq izini kopyalamaq mümkün olmayacaq. Bu da öz növbəsində barmaq izi sensorlarını daha təhlükəsiz bir hala gətirir. Beləliklə, barmaq izi sensorunun yenidən İris(Göz bəbəyi) sensorlarını keçərək mobil istehsalçılar üçün ilk plana yerləşməsi mümkün olacaq.
Teach.az (mənbə-Technote.az)