1 il boyunca yalnız ət yeyən iki tədqiqatçının bədənlərində meydana gələn TƏƏCCÜBLƏNDİRİCİ DƏYİŞİMLƏR

1 il boyunca yalnız ət yeyən iki tədqiqatçının bədənlərində meydana gələn TƏƏCCÜBLƏNDİRİCİ DƏYİŞİMLƏR

Stefansson, bir gün, zülal pəhrizinə; digər bir deyişlə 'salt ət ilə qidalanma' təcrübəsində başlayır. Lakin qısa zaman içində mədə ağrıları çəkməyə başlayınca, pəhrizindəki yağ nisbətini artırır. Bu arada, Stefansson söz mövzusu pəhrizində quzu ətini seçim edərkən, Andersen isə mal əti ilə kifayətlənir.

Teach.az xəbər verir ki, gündə ortalama 800 qram ət istehlak edən bu iki araşdırmaçı; gün içərisində 100-140 qram zülal, 200-300 qram yağ və yalnız 7-12 qram karbonhidrat alırlar. Aldıqları kalorinin 15-25 %-i zülal, 75-85 %-i yağ və yalnızca 1-2 % -i karbohidratdır.

Səhər yeməyi: Yağsız mal əti 190 qram, yağ 100 qram.
Günorta: Ciyər 200 qram, yağ 75 qram.
Axşam: Mal əti 200 qram, ilik 70 qram.



Və 1 il sonra

Mental və ya fiziki mənada, hər hansı mənfi bir təsirlə qarşılaşmayıblar. Gündəlik 2000 ilə 3100 kkal arasında bir istehlakları olan bu iki araşdırmaçı, yalnız ilk günlərdə; yəni 45 %zülal, 55% yağ ilə qidalandığı bir də ciddi olmayan bir həzm problemi yaşayıblar. Ancaq bu nisbəti bir miqdar salınca ( 20 % zülal, 80% yağ) o da ortadan qalxıb.

Klinik araşdırmalar nəticəsində hər ikisində də bir vitamin ya da kalsium əskikliyi müşahidə edilməyib.



Əksinə; Andersen, ət pəhrizinə başlamasından sonra saçlarının tökülməsinin dayandığını bildirərkən, Stefansson isə saçlarının daha sürətli uzanmağa başladığını və baş dərisinin də daha sağlam olduğunu ifadə edib.



Edilən təcrübədə yağ / zülal nisbəti artdıqca, yəni yağ daha çox qəbul etdikdə, ketozis daha da artıb. (Kişilərdə yağ nisbəti 1,5-in üzərinə çıxdığında ketozis meydana gəlir.)



Son olaraq: Stefansson normal həyatına geri qayıtdıqdan qısa müddət sonra kilosu 84-ə çıxır. (Halbuki pəhrizə başlarkən 73 kilo idi, 1 ilin sonunda isə 69,4 kiloya düşmüşdü.) Yenə qısa zaman sonra təzyiqi 120/80-nin üzərinə çıxır. (Halbuki pəhriz zamanında 105/70 idi.)

Fira