Yeni Android smartfonlarda problem var

Yeni Android smartfonlarda problem var

Beynəlxalq Tədqiqatçılar Qrupu 2012-ci ildən etibarən istifadədə olan bütün "Android" smartfonlarında "RAMPage" adlı yeni boşluq aşkar ediblər. Bu haqda informasiya mütəxəssislərinin bloqunda dərc edilib.

Teach.az bildirir ki, ekspertlər müəyyənləşdiriblər ki, "RAMPage" hakerlərin müdaxilə edilmiş qurğuların yaddaş xanalarındakı məlumatlar üzərində manipulyasiyalar həyata keçirməsinə imkan verən digər "Rowhammer" adlı boşluğun variasiyasıdır.

Hakerlər yeni boşluğun köməyi ilə istifadəçinin bütün parollarını öyrənə, şəkil, elektron məktub, yazışma və ödəmə rekvizitləri kimi vacib sənədlərini yükləyə bilərlər.

Ekspertlər əmindirlər ki, yaxın vaxtlarda "RAMpage" boşluğu "iOS" sisteminin idarəetməsi altında işləyən cihaz və başqa qurğulara yayıla bilər.

Teach.az (mənbə-milli.az)