Galaxy S10 Plus smartfonu ən böyük mobil cihaz ola bilər

Galaxy S10 Plus smartfonu ən böyük mobil cihaz ola bilər

Galaxy S9 smartfonunun yaxşı satıldığı bir vaxtda internetdə artıq Galaxy S seriyasının yeni modeli barəsində daha çox məlumatlar ortaya çıxmağa başlayıb. Bir sıra məlumatlara əsasən Samsung şirkəti gələn il Galaxy S10 flaqman modelini 3 versiyada təqdim edəcək: Büdcəli versiya, baza versiyası və təkmilləşdirilmiş versiya. Son yayılmış məlumatlara əsasən isə Galaxy S10 Plus modeli Samsung şirkətinin indiyənə kimi satışa çıxartdığı bütün smartfonlarını ölçü barədə üstələyəcək.

Teach.az bildirir ki, əgər əvvəlki məlumatlarda həmin modelin 6.3 inç ekrana sahib olacağı deyilirdisə, indiki məlumatlara əsasən Galaxy S10 Plus 6.44 inç ekrana sahib olacaq. Bu hətta Avqust ayında təqdim olunacaq Galaxy Note 9-un ekran ölçüsündən də (6.38 inç) böyükdür. Çox güman ki, belə üsulla Samsung şirkəti yeni iPhone modelinin rəqibini hazırlayır. Belə ki, bəzi məlumatlara əsasən Apple şirkəti Sentyabrda 6.46 inç ekrana sahib olacaq iPhone modelini təqdim edəcək. Standart Galaxy S10 5.8 inç, Galaxy S10 Light isə 5 inç ekranla təchiz olunmalıdır. Galaxy S10 modelinin təqdimatı barəsində hələki heç bir məlumat yoxdur.

Teach.az (mənbə-technote.az)