“Facebook” istifadəçi məlumatlarını neçə quruma təqdim edib? - AÇIQLANDI

“Facebook” istifadəçi məlumatlarını neçə quruma təqdim edib? - AÇIQLANDI

ABŞ Konqresi “Facebook”un istifadəçilərin şəxsi məlumatlarından necə yararlandığı barədə hesabatını açıqlayıb.
Teach.az görə, 700 səhifədən çox olan hesabatda bildirilir ki, “Facebook” mövcud olduğu dövr ərzində 52 şirkətə öz istifadəçilərinin məlumatlarını təqdim edib. Bu sırada “Apple”, “Amazon” və “Microsoft” kimi nəhənglər də var.

ABŞ xaricində isə Cənubi Koreyanın “Samsung” və Çinin “Huawei”, “Alibaba” kimi şirkətləri “Facebook” istifadəçilərinin şəxsi məlumatlarına çıxış əldə edib.

“Facebook” həmin şirkətlərdən 38-i ilə əməkdaşlığı dayandırıb və daha 8 şirkətlə əməkdaşlığı kəsməyə hazırlaşır.

Teach.az (mənbə-lent.az)