2.000 il əvvələ aid "Yatan Gözəl" mumiyası tapıldı - FOTOLAR
"Yatan Gözəl" adı verilən 2000 illik mumiya, ipək paltarlar və muncuqlu bir kəmərlə birlikdə basdırılıb. O biri həyatda yeməsi üçün ətrafı yeməklərlə təchiz edilmiş və hətta sinəsinin üzərinə də bir torba şam fıstığı qoyulub.
Teach.az xəbər verir ki, gənc qadının məzarında yer alan əşyalar arasında Hun stilində dulusçuluq qablar və bir Çin aynası da mövcuddur. Qazıntılarda çalışan bir arxeoloq, "Mumiya yaxşı vəziyyətdə idi. Yumşaq toxumaları, dərisi, paltarları və məzar hədiyyələri yerində idi "deyə bildirib.
Arxeoloqlar söz mövzusu mumiyanı Cənub-Şərqi Rusiyada, Yenisey çayı sahilində tapıblar. May ayında su səviyyəsindəki azalma, Yatan Gözəlin daha əvvəl su altında qalan düzbucaqlı məzarını ortaya çıxarıb.
Material Mədəniyyəti tarixi İnstitutunda arxeoloq Marina Kilunovskaya, "mumiyanın xüsusilə alt qisimi çox yaxşı qorunmuş" deyib və əlavə edib: "Bu klassik bir mumiya deyil. Məzar bir daş qapaqla möhkəm bir şəkildə bağlanıb və təbii mumiyalama müddətinə imkan təmin edilib." Yaxınlardakı səddin 1978 - 1985 illəri arasında fəaliyyətə keçməsindən bu yana məzarın heç təxrib olmaması diqqət çəkir.
- Məzarda iştirak edən əşyaların müxtəlifliyi və keyfiyyəti, mumiyalanmış qadının böyük ehtimalla soylu biri olduğunu göstərir.
- Məsələn, məzar hədiyyələri bir xeyli bəzəkli idi. Yumru makiyaj qabı huş qabığı ilə örtülmüş və içindəki Çin aynası da bir keçə qabında mühafizə edilib.
- Arxeoloqlar, Yatan Gözəlin qalıqlarını qorumaq və mezarındaki əsərləri araşdırmaq üçün çalışırlar.
Fira