İnsanları diri-diri yeyirlər: hanniballarla bağlı dəhşətli faktlar - VİDEO

İnsanları diri-diri yeyirlər: hanniballarla bağlı dəhşətli faktlar - VİDEO

Hannibalizmlə bağlı xəbərlər səngimir. Bu dəfə xəbər, Rusiyanın Saransk şəhərindən gəldi. İnsanları oğurlayaraq, onların əti ilə qidalanan ailə tutuldu.

Ümumiyyətlə, minilliklər boyunca insanlar bir-birlərini yeyirlər. Alimlər zaman-zaman insan dişlərinin izləri olan insan sümükləri aşkar edirlər.

Bu gün mədəni dünyada hannibalizm insan təbiətinə zidd iyrənclik hesab edilir. Bununla belə, müasir zamanda adam əti yemək hadisələri heç də nadir hal hesab edilmir.

Səbəblər müxtəlifdir – qədim sehrli təcrübələrdən tutmuş şəxsi və ya dini qərəzə qədər.

“Nigeriyada restoran bağlandı, heç nədən şübhələnməyən müştərilərə insan əti yedirirdilər!” – təxminən belə başlıqlar 2015-ci ildə Avropa və Afrika nəşrlərinin baş məqalələrini bəzəyirdi…



mənbə: yeniçağ