Hər gün gəlinlik paltarı geyib küçələrə çıxan atanın dərdi nədir? - FOTO

Hər gün gəlinlik paltarı geyib küçələrə çıxan atanın dərdi nədir? - FOTO

45 yaşlı dülgər Quo Anquan hər gün ağ gəlinlik libası geyib dodaqlarına qırmızı pomada çəkərək Tszıqun şəhərinin baş meydanına çıxır. Onun bu qəribə görkəmi ətrafdakıların heyrətinə səbəb olur, bəziləri gülür, bəziləri şəklini çəkib keçirlər. Lakin kişinin nə üçün bu qəribə addımı atdığını öyrənənlər göz yaşlarını saxlaya bilmirlər. Quonun əlindəki plakatda bu sözlər yazılıb.” Mənə kömək edəcək partnyor axtarıram. Sonra bütün ömrüm boyu borcumu qaytarmağa hazıram”.

5 il öncə Quonun qızının 4 yaşı tamam olanda onda ağ qan xərçəngi aşkarlandı. Quo əlində olan bütün imkanlardan istifadə edib qızını müalicə etdirdi.Üstəlik uzun sürən müalicə ərəfəsində Quo kredit borcları götürdü, lakin amansız xəstəlik yenidən baş qaldırdı. Quo ətrafdakıların diqqətini çəkə bilmək üçün gəlinlik libası ilə küçələrə çıxıb pul toplmama başlayıb. Bu günə qədər qızının müalicəsi üçün 16000 dollar toplaya bilmiş ata onu həyatda saxlaya bilmək üçün istənilən çətinliyə dözəcəyini bildirir.(bizimyol)