Bu kiçik ev bilirsiniz niyə belə bahadır? - FOTO

Bu kiçik ev bilirsiniz niyə belə bahadır? - FOTO

İngiltərənin Hempşir qraflığındakı İbtorp şəhərciyində kiçik ev 800 min funt-sterlinqə satışa çıxarılıb.

Teach.az bildirir ki, iki otaqlı kiçik ev və onun yanındakı qaraj üçün ilk baxışdan bu məbləğ məntiqsiz dərəcədə baha təsir bağışlayır.

Lakin belə deyil.

Ceyms Kater və onun qeyri-rəsmi nikahda olduğu xanımı Corcina Uilson 400 min funta satın aldıqları bu evi 150 min funt, 9 ay vaxt xərcləyərək lüks yaşam arealına çeviriblər.

Küçədən baxanda adi, kiçik ev təsiri bağışlayan bu tikili həyətdəki genişlənmənin hesabına iki dəfə böyüyüb.

Evin həyətdəki sektorunda 3 metr hündürlükdə qapılar var.

Ceyms Katerin dediklərinə görə, 2011-ci ildə satın almağa ev arayırdılar və 1920-ci illərdə inşa edilmiş bu tikilini seçmişdilər.

İndi evdə 4 yataq otağı, böyük zal, hətta fitnes otağı da var.

Teach.az (mənbə-milli.az)