Dünyanən ən dahi uşağı
Yaşıdları "ana" deməyi öyrənəndə o Bibliyanı bilirdi
O, dünyanın ən ağıllı uşağı olub. 1721-ci ildə Almaniyada doğulan uşağın adını valideynləri Kristian Fridrix Heyneken qoyublar. Ən ağıllı uşaq 4 ildən bir az çox yaşayıb.
Dahi uşaq rəssam Paul və sənət əsərlərinin satışı ilə məşğul olan Katarinanın ailəsində dünyaya gəlib. Kristian 10 aylıq olanda valideynlərinin sözlərini təkrar etməyə başladı. Onun inkişafı ilə dayəsi Sofi aktiv məşğul olurdu.
Yaşıdları ancaq "ana" "ata" kimi sadə sözləri deyərkən Fridrix Bibliyadan əsas hadisələrdən danışırdı.
Üç yaşında o dünya tarixini, çoğrafiya, latın dili, fransız dili öyrənməyə başlayır. Dörd yaşında isə bura riyaziyyat və biologiya da əlavə edilir.
Uşağın şöhrəti tez yayılır. Artıq 3 yaşında o Lyubek gimnaziyasında ilk mühazirəsini deyir, Roma, alman imperatorlarını xatırlayır, insan antomiyasından bəhs edir, İsrailin tarixindən danışır. Auditoriya sadəcə şoka düşür... mühazirənin sonunda isə azyaşlı dahi "bağışlayın, mən tibb bacısının yanına getməliyəm" deyir.
Üç yaşında o düz 4 dildə sərbəst danışırdı. Hətta zamanın kralı belə körpə dahi ilə görüşür. Kopenhagenə aparılan dahi kral qarşısında bir neçə mühazirə oxuyur.
Lakin uşaq 5 yaşına çatmadan dünyadan köçür. Tarixin ən dahi uşağının ölümü psixi yüklənmə və qidalanması ilə əlaqələndirilir. Yuxusuzluqdan əziyyət çəkən Kristian heyvan mənşəli qidalar da yemirdi. Bunu isə ona dayəsi öyrətmişdi. Qoxudan, səsdən narahat olan dahi daima əllərinin yuyulmağını istəyirdi.
Kristian 1725-ci ildə filosof kimi dünyasını dəyişir. Deyilənə görə, can üstündə olanda belə 4 yaşlı uşaq bildiyi iki yüzə yaxın kilsə mahnılarını ifa edib, "İsa Məsih, mənim ruhumu al" deyə dualar oxuyub.
Teach.az (mənbə-istipress)