128 TB-lıq yeni standart təqdim olunub
"SD Association" tərəfindən təqdim edilmiş "SD Express" yaddaş kartı standartı "PCIe" və "NVMe" interfeyslərini dəstəkləyəcək və bu, məlumat mübadiləsinin sürətini saniyədə 1 QB-dək artırmağa imkan verəcək. Bundan başqa, assosiasiya 128 TB-dək məlumatı yadda saxlayan "SDUC" standartını təqdim edib.
Teach.az bildirir ki, "SD" formatı istehlak qurğularında istifadə olunan ən populyar yaddaş kartı formatıdır. Bir qayda olaraq, bu kartlar kameralar, dronlar və başqa qurğular üçün çıxarılıb-taxılan məlumat saxlama anbarı kimi istifadə olunur.
"PCIe" interfeysinin dəstəyi nəticəsində yeni yaddaş kartları məlumatları saniyədə 984,6 MB-dək sürətlə ötürə biləcək. Bundan başqa, bu interfeysin tətbiqi kompüterin komponentlərinə mərkəzi prosessorun iştirakı olmadan yaddaşa müraciət etməyə imkan verəcək.
Teach.az (mənbə-milli.az)