Məşhur ekspert Sentyabrda təqdim olunacaq Apple məhsulları barədə məlumatlar verdi
Məşhur analitik Ming-Chi Kuo (KGI Securities şirkətindən TF International Securities şirkətinə keçib) həmişəki kimi ən yaxşı bacardığı işi görür: O, Apple şirkətinin yaxın müddətdə təqdim edəcəyi məhsullar haqqında məlumat verir. Onun indiyənə kimi verdiyi məlumatlar siyahısına və həmin məlumatların digər mənbələr tərəfindən təsdiqlənməsinə nəzər saldıqda anlamaq olar ki, onun sözlərinə güvənmək olar. Buna görə də o deyəndə ki, LCD ekrana sahib iPhone 2018 modeli nəinki realdır həmdə Sentyabr ayında satışa çıxacaq, deməli bu belə də olacaq.
Keçən il iPhone X, iPhone 8 və iPhone 8 Plus modellərindən bir qədər gec satışa çıxdı. Bu, OLED ekranların istehsalında yaşanmış problemlər ilə əlaqəli idi. Həmin taleyin bu il də ekran üzərində çərçivəyə sahib olacaq LCD ekranlı iPhone 2018 modeli üçün də olacağı güman edilirdi. Lakin Ming-Chi Kuo həmin şayiələri alt-üst etdi. Bundan əlavə olaraq onun sözlərinə görə şirkət 6.1 inç ekrana sahib olacaq iPhone modelini 3D Touch texnologiyasından məhrum edəcək və onun arxa panelinə bir ədəd kamera yerləşdirəcək.
Güman olunur ki, Sentyabrda satışa çıxacaq bu iPhone modelinin qiyməti 600-700$ dəyərində olacaq. Bu isə öz növbəsində iPhone X modelinin dizaynını bəyənən lakin onun qiymətindən narazı qalan istifadəçilərə öz smartfonlarını yeniləmək imkanını verəcək. Bundan əlavə olaraq məşhur analitik istifadəçi üzünün skan texnologiyasına sahib olacaq (çox güman ki, Touch ID-siz) iPad Pro modelindən də xəbər verib. Bununla yanaşı onun sözlərinə əsasən bizləri həmçinin ucuz MacBook Air modeli və böyük ekrana sahib olacaq yeni nəsil Apple Watch saatları gözləyir.
Teach.az (mənbə-technote.az)