Xiaomi Redmi 6 Pro smartfonu və Mi Pad 4 planşeti təqdim olundular
Xiaomi şirkəti bugün büdcəli Xiaomi Redmi 6 Pro smartfonunu və Mi Pad 4 planşetini təqdim etdi. Bu cihazlar haqqında artıq uzun zaman idi ki, məlumatlar gəzirdi. İndi isə onların bütün texniki göstəriciləri və qiymətləri məlum oldu. Beləliklə Redmi 6 Pro 19:9 nisbətli 5.84 inç FHD+ ekran, 2.0 GHz tezlikli Snapdragon 625 prosessoru, Adreno 506 qrafik sürətləndirici, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, 12 MP (f/2.2 diafraqmalı Sony IMX486 optikası) + 5 MP (f/2.2 diafraqmalı Samsung S5K5E8 optikası) ikili arxa kamera, 5 MP-lik ön kamera və sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Teach.az bildirir ki, smartfon MIUI interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Maraqlısı ondadır ki, smartfon ayrı-ayrı ikili SIM kart və microSD girişləri əldə edib. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 155$, 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 184$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 199$ qiymətinə satılacaq. Çin bazarında smartfon artıq sabahdan satışa çıxacaq.
Xiaomi şirkəti öz təqdimatında gözlənildiyi kimi smartfondan əlavə Mi Pad 4 planşetini də təqdim etdi. Xiaomi Mi Pad 4 16:10 nisbətli 8 inç Full HD ekranla təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən planşet əvvəlki modellərdən fərqli olaraq ölçü baxımdan 9.4�ha kiçilib. Bu isə öz növbəsində cihazdan bir əllə istifadəni daha da rahat hala gətirib. Texniki göstəricilərə gəldikdə isə planşet Snapdragon 660 prosessoru, Adreno 512 qrafik sürətləndirici, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, 13 MP-lik arxa kamera (f/2.0 diafraqmalı OV13855 optikası), 5 MP-lik ön kamera (f/2.0 diafraqmalı Samsung S5K5E8 optikası) və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Planşet MIUI interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Planşet həmçinin Face Unlock vasitəsilə istifadəçi üzünün skan texnologiyasını da dəstəkləyir. Wi-Fi modul, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 169$, Wi-Fi modul, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 215$, 4G modul, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 230$ qiymətinə satılacaq. Planşetin satışlarına 27 İyun tarixində start veriləcək.
Teach.az (mənbə-technote.az)