“Apple” “AirPower” cihazının buraxılma vaxtını dəyişdi

“Apple” “AirPower” cihazının buraxılma vaxtını dəyişdi

"Apple" korporasiyası naqilsiz "AirPower" enerji ilə doldurma cihazının istehsal tarixinin iyuldan sentyabr ayına keçirildiyini bildirib.

Teach.az xəbər verir ki, tarixlərin keçirilməsinin səbəbi istehsaldakı çətinliklərdir.

Cihazın istehsal edilməməsinə səbəb proqram təminatında problemlərin olmasıdır. Mütəxəssislər qeyd edirlər ki, bəzi cihazlar enerji ilə doldurulan zaman enerji dolduran cihaz qızmağa başlayıb.

Xatırladaq ki, şirkət cihazların enerji ilə doldurulması üçün naqilsiz "xalça"sının buraxılacağını 2017-ci ilin sentyabr ayında elan etmişdi.

Teach.az (mənbə-lent.az)